




Sitokinlər və Onların Fəaliyyəti
Mahsulot tavsifi
Son illər müxtəlif infeksion və immun proseslərdə sitokinlərin rolu intensiv öyrənilməkdədir. Zülal təbiətli kiçikmolekullu immunomediatorlar olan sitokinlər əsasən immun sistem hüceyrələri tərəfindən sintez edilərək hüceyrələrarası qarşılıqlı əlaqələrin yaradılmasını təmin edir. Organizmdə antigen stimulu olmadıqda sitokinlər demək olar ki, sintez edilmir. Müvafiq hüceyrələr antigen stimulu aldıqdan sonra onlarda müvafiq sitokin genlərinin induksiyası və sitokinin sintezi başlayır. Bioloji təsir və struktur xüsusiyyətlərinə görə interleykinlər (IL), interferonlar (IFN), şiş nekrozu amilləri (ŞNA), klonstimullaşdırıcı amillər, xemokinlər və s. sitokinlər fərqləndirilir. Onlar bir-sıra ümumi xüsusiyyətlərə malikdirlər. Sitokinlər digər hüceyrələrlə yanaşı, produsientin özünə də təsir edə bilir; Sitorinlə tənzimlənmə kaskad xarakterlidir.
Teglar
Sitokinlər və Onların Fəaliyyəti

Muallif
MATN Muharriri 1.0
Tasdiqlangan sotuvchi