




İmmunoloji Tolerantlıq və onun mexanizmi
Mahsulot tavsifi
Tolerantlıq – spesilik immun cavabsızlıqdır, yəni immun sistem normal fəaliyyəl göstərsə də müəyyən antigenə (və ya epitopa) qarşı immun cavab formalaşmır. Adətən embrional dövurdə immun sistemlə təmasda olan antigenlər immun cavabı induksiya etmirlər. Timusda orqanizmin öz hüceyrələrinə qarşı reaktiv (autoreaktiv) T-hüceyrə sələfləri məhv edilir. Qeyd etmək lazımdır ki, embrion daxilinə inyeksiya olunmuş ekzogen maddələr doğma kimi qəbul edilir. Timusun daxilində qazanılmış tolerantlıq, timusdan xaricdə qazanılmış tolerantlıqdan (periferik tolerantlıqdan) fərqli olaraq mərkəzi tolerantlıq adlanır. Autoreaktiv T-hüceyrələrin timus daxilində tanınması və killinqinin dəqiq mexanizmləri müəyyən olunmamışdır. Yaşlılarda timusun involyusiyasından sonra T-hüceyrələrin tolerantlığının səbəbləri də məlum deyil.
Teglar
İmmunoloji Tolerantlıq və onun mexanizmi
Muallif
Najot Ta'lim
Tasdiqlangan sotuvchi